50 yaşlı rusiyalı aktrisa Yuliya Vısotskaya makiajsız fotosunu yayımlayıb.
Lent.az xəbər verir ki, o fotonu instaqram hesabında paylaşıb.
Ağ hərflərlə qara kapüşon geyinən sənətçi kamera qarşısında gözlərini aşağı salıb.
Fotodan görünür ki, Vısotskayanın üzündə makiyaj yoxdur, saçları isə topuz şəklində bağlanıb.
“Gözəl”, “Belə oval üzü necə saxlamaq olar? Heyrətamiz”, “Əbədi gənc və gözəl ilahə”, “Mən buna heyranam” kimi rəylər yazıblar.
Bundan əvvəl 50 yaşlı Yuliya Vısotskaya çimərlik geyimində video yayımlamışdı.