Baş rollarda İsmail Hacıoğlu, Hande Doğandemir, Sinan Tuzcu, Doğukan Polat, Hasan Küçükçetin və Kerem Alışıkın çəkildiyi "49" adlı döyüş filmi yanvarın 20-də ekranlara gələcək.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, filmin rejissoru Hakan İnan, ssenari müəllifi Barış Ərdoğan və İlker Arslandır.
Əsl hekayədən uyğunlaşdırılan film 2014-cü ildə Türkiyənin Mosuldakı Baş Konsulluğunun İŞİD yaraqlıları tərəfindən işğalı və 49 əməkdaşın əsir alınmasından bəhs edir.
Qeyd edək ki, baş verənlər və xilasetmə anları filmin əsas mövzusudur.