"Spice Girls" qrupunun keçmiş üzvü Viktoriya Bekhemlə 24 ildir evli olan Devid Bekhem ailəni qorumağın sirlərini açıqlayıb.
Lent.az xəbər verir ki, keçmiş ingilis futbol ulduzu evlilikdə qarşılıqlı güzəştə getməyin lazım olduğunu deyib.
"Bunu birlikdə edirsiniz. Bu, hər zaman bir az qarşılıqlı fədakarlıq tələb edir. Biz məşğul insanlarıq. Mən Həmişə Viktoriyaya deyirəm ki, mən daha məşğulam, amma o da məşğul olduğunu deyir. Bizim hər zaman fərqli istiqamətlərə gedən dörd uşağımız var, lakin siz bir-birinizə vaxt ayırmağa üstünlük verməlisiniz. Biz bunu həmişə etmişik və görünür ki, işə yarayır", - deyə o bildirib.