1 ildə 20 kilo  arıqlamağa kömək edən Nesrin Cavadzade pəhrizi
23 avqust 2023 10:57 (UTC +04:00)

1 ildə 20 kilo arıqlamağa kömək edən Nesrin Cavadzade pəhrizi

Azərbaycanəsilli aktrisa Nesrin Cavadzade necə belə fit qalmasından danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hər yaşda olan milyonlarla insan məşhurların necə formada qaldığını araşdırır. Bu məqamda hamar bədən quruluşu ilə diqqət çəkən məşhurlar arasında xüsusilə Nesrin Cavadzadə var. Fit görünüşü ilə pərəstişkarlarının rəğbətini qazanan Nesrin Cavadzadənin yemək vərdişləri üzə çıxıb.

İllərdir çörək, hətta makaron yemədiyini deyən aktrisa "Un istifadə etmirəm. Sonuncu dəfə nə vaxt makaron yediyimi xatırlamıram, makaron yeməməyə alışmışam deyib”.

Cavadzadə günə iki qaynadılmış yumurta, salat və qəhvə ilə başlayır. Axşam saat 19:00-dan sonra heç nə yemədiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4695
avatar

Oxşar yazılar