Tünzalə Ağayeva Suzanna Mübarəkin kampaniyasında iştirak edir
Respublikada keçirilən sosial layihələrdə, diaspora işində aktiv iştirakını, müxtəlif beynəlxalq musiqi müsabiqə və festivallarda uğurlu çıxışlarını nəzərə alaraq “YES” Azərbaycan təşkilatı əməkdar artist Tünzalə Ağayevadan bu kampaniya çərcivəsində Azərbaycanı təmsil etməyi, keçirilən yerli, beynəlxalq layihələrdə aktiv iştirak etməsini xahiş edib. Müğənninin Lent.az-a verdiyi məlumata görə, “İnsan Alverinə Son Qoyaq” adlı bu kampaniya Misirin Birinci xanımı Suzanna Mübarəkin Qadınların Beynəlxalq Sülh Hərəkatı və BMT Narkotiklər və İnsan Alveri təşkilatının birgə əməkdaşlığı ilə 2006-cı ildə Afinadan başlamış beynəlxalq kampaniyadır.
Dünya təcrübəsində bu kampaniyaya və onun məqsədlərinin dünyaya çatdırılmasında müxtəlif ölkələrin məhşur sənət adamları - Rusiyada Valeriya, Yunanıstanda Sakis Rouvas, ünlü aktyor Ricard Gir, Culiya Ormand yaxından köməklik göstərir.
Qeyd edək ki, Tünzalə Ağayeva Bakıda bu yaxınlarda səfərdə olan Polşanın keçmiş Birinci xanımı, Qadınların beynəlxalq Sülh Hərəkatının İdarə heyətinin üzvü xanım İolanta Kvasnevska ilə görüşüb və mümkün olacaq əməkdaşlıq haqqında müzakirə aparıb. Xanım İolanta Kvasnevska öz növbəsində belə sənət adamlarının bu layihədə iştirakının nə qədər önəmli olması və onların ismarıcının xalq arasında çatdırılmasında ən yaxın köməkçi ola biləcəklərini qeyd edib.
Məlumat üçün bildirək ki, bu kampaniyaya Misir Ərəb Respublikasının Birinci xanımı Suzanna Mübarək, UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannis, İsveç Kraliçası, Bəhreyin Kralının xanımı Şeyxa Sabeka bint Al-İbrahim, Dominikan Respublikasının Birinci xanımı Fernandez, Polşanın keçmiş Birinci xanımı İolanta Kvasnevska, Belçika Senatının Prezidenti Anne-Marie Lizin və dünyanın bir çox nüfuzlu insanları qoşulub.
Lalə Yusifqızı

771