Sevda Ələkbərzadə yeni albomunda Tarkanın ifa etdiyi mahnını oxuyub
Bu gün əməkdar artist Sevda Ələkbərzadə mediya nümayəndələri üçün geniş mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, müğənni Avropa turnesi və Almaniyada işıq üzü görən yeni albomu ilə bağlı açıqlamalar edib.
Müğənni məlumat verib ki, konsertlərin proqramları əsasən “Gül açdı” və “Sevdalı Dünya” CD-lərindən olmaqla bərabər, bir sıra yeni mahnılardan tərtib olunub: “Böyük həssaslıq və dəqiq tərtib olunan konsert proqramı muğam və xalq mahnılarının caz stili ilə mahir sintezini bir daha sübut edib.
Avropa turnesi zamanı Almaniyanın “Jazz”, “Journal Frankfurt” və “Neue Vestfalische” jurnal və qəzetlərində sənətimə dair müsbət rəylər çap olunub. Müsahibələrim alman radio və televiziyaları vasitəsi ilə efirə çıxıb. Avropa turnesi başlamazdan əvvəl təşkilatçılar böyük reklam kampaniyası aparıblar. Belə ki, konsertlər keçirilən bütün şəhərlərdə müğənnini afişaları asılıb, mətbuatda etno-caz stilində oxuyan şərqin yeni ulduzunun qastrool səfəri haqqında geniş materiallar öz əksini tapıb”.
Yeri gəlmişkən S.Ələkbərzadənin Avropa turnesi Almaniyanın “Netvork Medien GmbH” və “Elen Music” şirkəti tərəfindən təşkil olunub.
Avropa turnesini başa vuran S.Ələkbərzadə Türkiyəyə dəvət olunub. Istanbulda o, məhşur Behzat Gerçeyin rəhbərlik etdiyi populyar ENBE türk orkesteri və türkiyədə yaşayan məşhur Azərbaycanlı pianoçu İlyas Mirzəyevin müşayiəti ilə TRT kanalında 1 saat yarımlı proqramda çıxış edib.
Sevda, həmçinin Türkiyənin 6Nevs televiziya kanalının baş xəbərlər proqramının qonağı olub.
Almaniyanın məşhur “Netvork Medien GmbH” şirkəti ilə bağlanan əməkdaşlıq haqqında kontakt çərçivəsində 2009-cu ilin aprel ayında Sevda Ələkbərzadənin “Sevdalı Dünya” albomu işıq üzü görüb. CD-nin təqdimetmə mərasimi aprelin 21-də Almaniyanın Frankfurt şəhərində keçirilib. Mərasimə beynəlxalq mətbuat radio və televiziya nümayəndələri iştirak ediblər.
Alboma 2 muğam, Süleyman Rüstəmovun “Getmə-getmə”, Cahangir Cahangirovun “Bana bana gəl”, xalq mahnısı “Elə demə” daxil olmaqla ümumilikdə 11 kompozisiya daxil olunub. Maraqlıdır ki, müğənni ilk dəfə olaraq Aşıq veysəlin məşhur “Gündüz-gecə” türk mahnısını ifa edib. Yeni albomda “Natiq” ritm qrupunun ifasında “Sarı gəlin” və “Qobustan” kompozisiyaları yer alıb. “Sevdalı Dünya” və “Gül açdı” CD-ləri Avropanının və dünyanın bir çox ölkələrində satışa çıxarılıb.
Qeyd edək ki, yeni albom Azərbyacanın aparıcı musiqiçilərinin canlı müşayiəti ilə yazılıb. Albom Cəfər Cabbarlı adına Azərbaycan Dövlət kinostudiyasının, Azrbaycan Dövlət Filarmoniyasının səsyazma studiyalarında yazılıb. Albomun işlənib çapa hazırlanması Almaniyanın məşhur Acoustic Entertainment şirkəti tərəfindən görülüb.
Sevda Ələkbərzadənin “Sevdalı dünya” adlı yeni albomunun Azərbaycanda təqdimetmə mərasimi isə iyunun 9-da Bakı Əyləncə Mərkəzində keçiriləcək. Qeyd edək ki, bu proyektin bütün geyimləri Azərbaycanın məşhur modelyeri Fəxriyyə Xələfova tərəfindən işlənib, hazırlanıb.
Lalə Yusıfqızı

788