Azərbaycanlı iş adamı Ebru Gündeşlə səhərədək kef çəkdi
25 mart 2009 15:00 (UTC +04:00)

Azərbaycanlı iş adamı Ebru Gündeşlə səhərədək kef çəkdi

Rza Zərrab sevgilisi üçün Antalyada görünməmiş gecə təşkil etdi
Məşhur türk müğənni Ebru Gündeş azərbaycanlı sevgilisi Rza Zərrabla tətil üçün getdikləri Antalyadakı oteldə çoxlarının yaşamadığı kef çəkiblər. Lent.az-ın məlumatına görə, cütlük ötən həftə özəl təyyarə ilə Antalyaya yollanıb. Onlar daha 3 dostları ilə birlikdə Antalyadakı beşulduzlu oteldə gözlərdən uzaq lüks nömrələrdə yerləşiblər.
“Birdən bizi görərlər” qorxusuyla otel otağından burunlarını belə çölə çıxarmayan aşiq və məşuq əylənmək üçün İstanbuldan popçu Ziynət Salini Antalyaya gətirdib.
Ziynət Sali və orkestri cəmi 5 nəfərə - Ebru Gündeş, Rza Zerrab və onların 3 dostuna konsert verib. Bu əyləncədən kadrların yayılmaması üçün isə orkestr üzvlərinin telefonları söndürülüb, daha sonra əllərindən alınaraq, yığışdırılıb. Ebru və ondan 10 yaş kiçik olan Zərrab musiqi sədaları altında səhərədək əyləniblər.
Yeri gəlmişkən, Rza Zərrab sözləri özünə aid olan “Sadəcə sevdim” adlı musiqini Ebru Gündeşə təqdim edib.
Keçmiş sevgilisi Azəri qızı Günel isə Zərrabın hələ də onu sevdiyini söyləyir və Ebru Gündeşi aralarına girməkdə günahlandırır...
# 2038

Oxşar yazılar