Xumar Qədimova indi də rok oxuyacaq
24 mart 2009 18:00 (UTC +04:00)

Xumar Qədimova indi də rok oxuyacaq

Hər zaman özünü digərlərindən fərqli göstərməyə çalışan Xumar Qədimova ənənəsini davam etdirir.

Müğənninin bu dəfə atacağı addım isə doğurdan da hamını təəccübləndirəcək! Belə ki, “Ayna” qəzetinə müsahibə verən müğənni-bəstəkar yaradıcılığından danışaraq, rok oxumaq istədiyini deyib: “Retro mahnılardan ibarət albomun buraxılması qeyri-adi xəbər olmasa da, albom hazır olandan sonra dinləyicilərdə maraq oyadacaq. Çünki mahnıların həm seçimi, həm də ifa tərzi fərqlidir. Bu mahnılar ifamda yad səslənməsin deyə onları özümünküləşdirmişəm. İnanıram ki, maraqlı layihə olacaq. Bundan əlavə, estrada səhnəsini silkələyəcək daha bir layihə üzərində çalışıram. İlk dəfə rok oxuyacağam”.


Müğənni rok oxumaq üçün hətta xüsusi dərs aldığını da bildirib. O, ifa edəcəyi rok mahnısının mövzusu barədə danışmaqdan çəkinib.
# 1086

Oxşar yazılar