Azərbaycanlı müğənnilərin Haaqadakı konsertində bomba həyəcanı
24 mart 2009 13:00 (UTC +04:00)

Azərbaycanlı müğənnilərin Haaqadakı konsertində bomba həyəcanı

Almaz Ələsgərli, Qismət və Mehrim konsertdən öncə böyük stress keçiriblər
Əməkdar artist Almaz Ələsgərli və gənc müğənnilər Qismət və Mehrimin martın 22-də Hollandiyanın Haaqa şəhərində verdikləri konsert zamanı insident baş verib.
Lent.az-ın məlumatına görə, konsertin təşkilatçısı, yerli şou-biznes aləmində Avropa prodüseri kimi tanıdığımız, "Sultan production"un rəhbəri Sultan Mustafayev ANSPRESS-ə bildirib ki, müğənnilər Hollandiyada çox ciddi problemlərlə qarşılaşıblar. Belə ki, konsert başlamazdan 2-3 saat əvvəl, çox sayda polis zala daxil olaraq, axtarışa başlayıb. Təşkilatçı nə baş verdiyi ilə maraqlananda, polis zala bomba qoyulması barədə məlumat daxil olduğunu bildirib.
Təhlükəsizliyə tam əmin olunduqdan sonra tamaşaçılar zala buraxılıblar. Konsert isə təyin olunmuş vaxtdan 2 saat 15 dəqiqə gec başlayıb. Təşkilatçının sözlərinə görə, zalda bombanın aşkarlanıb-aşkarlanmadığı onlardan gizli saxlanılıb. Baş verən hadisə tamaşaçılardan gizlədilsə də, sənətçilərimiz əməlli-başlı stress keçiriblər.
Qeyd edək ki, müğənnilər martın 21-də Belçikanın Brüssel şəhərində də konsert proqramı ilə çıxış ediblər.
# 1180

Oxşar yazılar

Məşhurlar şişmanlaşıb belə oldu

Məşhurlar şişmanlaşıb belə oldu

18 aprel 2024 , 10:40
“Yıxıldım, huşumu itirdim” - Əməkdar artist

“Yıxıldım, huşumu itirdim” - Əməkdar artist

18 aprel 2024 , 10:18
Aktrisa 59 yaşını qeyd edib - FOTO

Aktrisa 59 yaşını qeyd edib - FOTO

18 aprel 2024 , 06:58
“Hamıya pul verib toyuna çağırır,  məndən pul istəyir”   -  Xalq artisti

“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti

17 aprel 2024 , 19:17
Cennifer Lopes 20 il ərzində  qocalmadığını   sübut etdi

Cennifer Lopes 20 il ərzində qocalmadığını sübut etdi

17 aprel 2024 , 17:39
Əməkdar artistimiz  tanınmaz halda

Əməkdar artistimiz tanınmaz halda

17 aprel 2024 , 13:15
Nəsrin Cavadzadə görün kiminlə  sevgilidir

Nəsrin Cavadzadə görün kiminlə sevgilidir

17 aprel 2024 , 11:25
Hicablı  MƏŞHURLARIMIZ

Hicablı MƏŞHURLARIMIZ

16 aprel 2024 , 19:00