İradə İbrahimova Türkiyədə yaşayan azərbaycanlı iş adamına ərə gedir
19 mart 2009 12:00 (UTC +04:00)

İradə İbrahimova Türkiyədə yaşayan azərbaycanlı iş adamına ərə gedir

Toy aprelin 5-də Bakıda olacaq

Müğənni İradə İbrahimovanın ailə həyatı quracağı barədə xəbərlər medianın əsas mövzularından birinə çevrilib. Bu barədə son aylar yayılmış qeyri-dəqiq informasiyaları təkzib edən İradə İbrahimova, eyni zamanda şəxsi həyatını gündəmə gətirməmək prinsipinə əməl edib. Xatırladaq ki, mətbuat səhifələrində müğənninin toyunun aprelin 28-ə təyin olunduğu və bu cür başqa yanlış xəbərlər yer almaqda davam edir. Doğru xəbəri mətbuat işçiləri ilə bölüşmək niyyətində olan İ.İbrahimova mətbuat katibi vasitəsi ilə şad günü ilə bağlı açıqlama yayıb.

Müğənninin mətbuat əlaqələndiricisi Zəminə Rəhimqızının Lent.az-a verdiyi xəbərinə görə, İradə İbrahimova aprelin 5-də ailə həyatı quracaq və onun toy mərasimi paytaxt restoranlarının birində keçiriləcək. Müğənni əslən azərbaycanlı olan və Türkiyədə yaşayan iş adamı ilə nikaha girir. İradə xanım gələcək həyat yoldaşının onun sənətinə hörmətlə yanaşdığını və bundan sonrakı fəaliyyətində dəstəkləyəcəyini bildirib.

Şəxsi həyatı ilə bağlı geniş danışmaq istəməyən müğənni mətbuat katibi vasitəsi ilə KİV nümyəndələrini daha bir məsələ barədə məlumatlandırıb: “Toyda media və televiziya mənsublarının foto və video çəkilişlərinin aparılması nəzərdə tutulmayıb. Bu, qonaqların özlərini rahat hiss etməsi zərurətindən yaranıb. Lakin toydan bir neçə gün sonra onlara lazımı materiallar təqdim ediləcək”. Müğənni sonuncu açıqlamasına 4-cü hakimiyyətin hörmətlə yanaşacağına inanır.

Lent.az-ın əldə etdiyi məlumata görə, müğənni toydan sonra həyat yoldaşının işinə görə İstanbulda yaşayacaq.

Şəbnəm
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1329

Oxşar yazılar