Xuraman Şuşalı və Səidə Sultan “Kurtlar Vadisi”ndə!
"Kurtlar Vadisi Azərbaycan" serialının çəkilişləri başlayıb
Yeni televiziya mövsümdə Azərbaycan efir məkanında maraqlı bir serialın nümayişinə başlanacaq. “Xəzər TV”-də həftədə bir dəfə yayımlanacaq yumoristik serialın adı isə tam dedektiv janrlı, çox populyar və ciddi türk serialı olan “Kurtlar Vadisi”nin adından götürülüb. Daha doğrusu, bu serialın adının sonuna Azərbaycan əlavə edilməklə, “Kurtlar Vadisi Azərbaycan” serialının çəkilişlərinə start verilib. Bu barədə Lent.az- a filmdə rol alan jurnalist Cavanşir Babəlioğlu məlumat verib: “Yumoristik janrda ekranlaşdırılan çoxseriyalı televiziya filminin layihə rəhbəri Valeh Əhmədov, prodüseri Samid Ramizoğludur. Serialın rejissoru Namiq İxtiyarov, quruluşçu operatoru isə Elmar Məmmədovdur. “Kurtlar Vadisi” seialının əsas personajları bu filmdə yer alacaqlar.
Məsələn, Polad Alemdar obrazını canlandıran Necati Şaşmazın azərbaycanlı bənzəri kimi tanınan Tural Əsgərov Polad obrazını, İsgəndəri gənc aktyor Elvin Agayev, Abdulheyi Samid Ramiz oğlu, Mematini Azər Cavadov canlandırıblar. Tanınmış iki xanım müğənni - Xuraman Şuşalı, Səidə Sultan da özləri bu serialda aktrisa kimi sınayıblar. Xuraman “Matı”, Səidə isə “Qızılgül” komik obrazlarını canlandırıblar. Ümidvaram ki, sürprizlə bol olacaq “Kurtlar Vadisi Azərbaycan” tamaşaçıların marağına səbəb olacaq”.
Çəkilişləri paytaxtda, eləcə də Bakının Pirşağı kəndində aparılan serialın birinci hissəsinin montaj prosesi yekunlaşmaq üzrədir.
Lalə

Oxşar yazılar

Kriştiano Ronaldonun sevgilisi “Met Gala”da cazibədar obrazda poza verdi -FOTOLENT
7 may 2025 , 19:20
Jaklin Kennedi özünü paparassilərdən necə qoruyub?
7 may 2025 , 17:14Mətanət İsgəndərli 27 il sonra səhnəyə çıxdı - VİDEO
6 may 2025 , 22:53"Hav hav hav"ı oxuyan reper həbs olundu
6 may 2025 , 16:18
Saqqallı "Eurovision" qalibi Konçita Vurst necə dəyişdi? -VİDEO
6 may 2025 , 14:38
13 dəfə infarkt keçirən 11 yaşlı "Netflix" ulduzu öldü
6 may 2025 , 12:46
Sürprizlərlə dolu BİR GECƏ: “Met Gala”nın ulduzları belə yarışdı -FOTOLENT
6 may 2025 , 10:28