İTV-də maraqlı virtual fləşmob başlayıb.
Lent.az-ın məlumatına görə, televiziyanın “Xəbərlər” proqramının aparıcısı Jalə Həsənli koronavirusa qalib gəlmək üçün pozitiv bir addım atıb. O, Xalq artisti Tünzalə Ağayevanın “Bu gün hər şey yaxşı olacaq” mahnısını səsləndirib və estafeti həmkarlarına ötürüb.