Əməkdar artist Nahidə Orucova şəxsi həyatı ilə bağlı heç kəsin bilmədiyi etirafı edib.
Lent.az-ın məlumatına görə, 58 yaşlı aktrisa bildirib ki, həyat yoldaşından boşansa da, övladını atasından ayırmayıb:
"Qızım heç efiri sevmir. Mədəniyyət sahəsindən uzaq insandır. Qızımı 12 yaşına qədər mən saxladım, sonra atasına verdim ki, o baxsın. Çünki işimə görə onunla məşğul olmağa vaxtım olmurdu. Ona görə də atası dedi ki, mənlə qalsın, dərslərini yaxşı öyrənsin. Uşağımı yad yerə vermirdim ki? Öz nənəsinin, bibisinin yanında idi. Qızımın ailə içində böyüməsini istədim. Çünki mən daha çox işdə olurdum. 12 yaşına qədər uşağı necə tərbiyə edirsənsə, elə də olur. Mən onu heç döyməmişəm. Bir baxışımla məni başa düşüb. Qızım filoloqdur. Ali məktəbi iki dil üzrə bitirib. Amma hələ işləmir. Çünki evdarlığı, yemək bişirməyi çox sevir. Ailə qurandan sonra qayınanası ilə yox, ayrı yaşayır".
Qeyd edək ki, Nahidə Orucovanın qızı Bilqeyis Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə ailə qurub.