Müğənni Afət Fərmanqızı qabiliyyətlərindən danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı "Ona qalsa" verilişində bildirib ki, müğənnilikdən başqa istedadları var:
"Özümü ağıllı qadın hesab edirəm. Bu günə qədər bir insan deyə bilməz ki, Afət mənə pul borcludur, evimi yıxıb. Yəni düzlüyü sevən adamam. Sözsüz ki, mənim də zaman-zaman səhvlərim olur. Amma zəif qadın deyiləm, səsim batsa, bilinçik bişirib sataram. Əl zəhmətimlə də çörək qazanaram. Məsələn, sürücü, vizajist də işləyə bilərəm. Bacarıqlı insanam".