“Həyatım boyu botoks etdirmərəm".
Bu sözləri Xalq artisti Mələkxanım Əyyubova "Söhbət var" verilişində deyib.
"Botoksun əlehinə deyiləm. İstəsəm də edə bilmərəm. Çünki mimika ilə danışıram, muğam ifaçısıyam. Zil diapazonda muğamlar oxuyuram. Botoksla üzümü keyləşdirsəm, necə oxuya bilərəm? Telefonların günahı var, normalda qəşəng görünürük, şəkli paylaşanda bizi bərbad göstərir”.