
Şellak dırnaq boyaları xərçəngə səbəb ola bilər - Həkim rəyi
Hazırda bir çox qadınlar şellak dırnaq boyasından istifadə edirlər. Sözügedən boyalardan qalıcı olan şellak və gellaka isə daha çox müraciət edilir. Bununla qadınlar həm vaxtlarına, həm də büdcələrinə qənaət etdiklərini düşünürlər.
Bəs görəsən bu qalıcı boyaların dırnağa və sağlamlığa mənfi təsiri ola bilərmi?
Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablayan dermatoloq Leyla Mirzoyeva bildirib ki, şellak tipli boyalardan düzgün istifadə edilərsə, heç bir mənfi təsir göstərə bilməz:
“Şellak tipli boyaları dırnağa tətbiq edərkən və ya təmizləyərkən diqqətli olmaq lazımdır ki, dırnaq və dırnağın ətrafı zərər görməsin. Dırnağın diblərinin zədə görməsi hər hansı bir infeksiyaya, dırnaq göbələyinə və hətta dırnağın deformasiyasına səbəb olur. Bundan başqa həmin lakları qurutmaq üçün istifadə edilən ultrabənövşəyi şüalanmanın bəzi həssas dərilərə zərəri ola bilər. Belə ki, bu şüa dərini zədələyib ləkə sala, hətta dəri xərçənginə kimi gətirib çıxara bilər. Buna görə yaxşı olar ki, dırnağı aparatda qurudarkən günəş kremi və ya digər qoruyucu kremlərdən istifadə olunsun”.
Dermatoloq qeyd edib ki, şellak və ya gellak boyalarından istifadə dırnaqların nəfəs almamağı, hətta get-gedə dırnağın öz təravətini, sağlamlığını itirməsinə səbəb olur:
“Düşünürəm ki, bir müddət istifadə etdikdən sonra fasilə verib, müxtəlif yağlarla və bərpaedici vasitələrlə dırnağa qulluq etmək lazımdır.
Onu da deyim ki, dırnaqların korlanmamağı və digər xoşagəlməz hal ilə qarşılaşmamaq üçün mütəxəssisə müraciət etmək mütləqdir”.
Oxşar yazılar

Balqabaq çiçəyi dolması: Bu yeməyi hazırlamaq üçün...
3 dekabr 2020 , 18:56
Evdə pişik saxlamağın insan sağlamlığına FAYDALARI
3 dekabr 2020 , 11:41
Kəklikotunun faydaları - Bu adamlar istifadə etməsin
2 dekabr 2020 , 19:54
Kefir immunitet sisteminə necə təsir edir? - Uşaqlar və yaşlılar...
2 dekabr 2020 , 17:05
"Maska taxarkən “nəfəsim çatmır, ürəyim sıxılır" deyənlərin DİQQƏTİNƏ
2 dekabr 2020 , 16:43
Çox nadir hazırlanan “Zərdə” şirniyyatı: Onun sevilmə səbəbi...
2 dekabr 2020 , 12:22
Türkiyədə qeyri-adi kənd: Kameralar nəyi çəkdi?
2 dekabr 2020 , 12:04