Sağlam və uzunömürlü olmağın açarı: Qatıq, qəhvə...
02 oktyabr 2020 09:45 (UTC +04:00)

Sağlam və uzunömürlü olmağın açarı: Qatıq, qəhvə...

Uzun və sağlam ömrün açarı, ənənəvi olaraq hər gün ən azı beş porsiya meyvə və tərəvəz yemək, müntəzəm idmanla məşğul olmaq, balanslı qidalanma sayılıb. e-tibb.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, hazırda alimlər hesab edir ki, ömrü uzatmaq, sağlam yaşamaq üçün ən doğru yol düzgün səhər yeməyi yeməkdir. Ömrü uzatmağın ən asan yollarından birinin isə səhər yeməyində az yağlı qatıq yemək olduğu məlum olub.

Mütəxəssislər bildirir ki, ürək sağlamlığına faydalı təsir göstərən bu dieti davamlı olaraq tətbiq etmək bədənin piylənmədən qorunmasına kömək edir. Məlum olduğu kimi piylənmə ürək-damar xəstəlikləri, diabet və bəzi xərçəng növlərinin əsas səbəbi hesab olunur. Bu səbəbdən az yağlı qatıq sağlam qidalanmaq, bu xəstəliklərdən qorunmaq üçün əla bir seçim ola bilər. Qidanın faydalarını artırmaq üçün ona qoz-fındıq və meyvələr əlavə etmək tövsiyə olunur.

Bundan başqa, alimlər hesab edir ki, sağlam qidalanmaq və ömrü uzatmaq üçün qəhvəyə də diqqət yetirmək lazımdır. Alimlər bu içkinin yüz ilədək yaşamaq şansını əhəmiyyətli dərəcədə artırdığını iddia edirlər. Onun tərkibində çoxlu sayda xəstəlikdən qoruyan yüksək miqdarda antioksidant və digər qida maddələri var. Ancaq bu, təbii qəhvə olmalıdır. Və sağlamlığa maksimum fayda verməsi üçün gündə dörd fincanla kifayətlənmək lazımdır.

e-tibb.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883
avatar

Oxşar yazılar