Qızmar yay günlərində uşaqların ən sevimli əyləncələrindən biri, heç şübhəsiz ki dəniz və yaxud hovuzda çimmək, oyun oynamaqdır. Hazırki vəziyyətdə, çimərliyə getmək mümkün olmasa da, evdə şişmə hovuzlarla balacaların bu əyləncəsini təmin etmək mümkündür. Kiçik ölçülüdür, istifadəsi rahat və asandır, lakin tez-tez su dəyişikliklərinə ehtiyac duyur. Ancaq o hər nə qədər ilk baxışda məsum görünsə də, uşaqlar üçün təhlükə yarada bilər. Bəs görəsən balacaların sağlamlığı üçün onları bu təhlükələrdən necə qoruya bilərik?
Lent.az şişmə hovuzlar haqqına bilməli olduğunuz bir neçə məqamı sizə təqdim edir.
Evdə istifadə edilən plastik hovuzdan eyni evdə yaşayan uşaqlardan başqası da faydalanırsa diqqətli olmaq lazımdır. Qusma və izhal halı olan balacalar hovuzdan istifadə etməməlidir. Yarana biləcək infeksiya təhlükəsinin qarşısını almaq üçün uşaqlar hovuza girməzdən əvvəl sabun ilə yuyunmalı, kirli bezləri mütləq dəyişdirilməlidir.
Bundan əlavə balacaların uzun müddət suda qalması da təhlükəlidir. Mütəxəssislər tövsiyə edir ki, hər bir saatdan bir onları sudan çıxardasız.
Plastik hovuzlar balaca olsa da, onları təmizləməyin ən yaxşı yolu, suyunu tamamilə boşaltmaqdır. Daha sonra seçilən təmizlik vasitəsi ilə divarlarını təmizləyin. Əgər hər hansı bir infeksiya təhlükəsi hiss edirsinizsə, yaxşı olardı ki, hovuzu günəş şüası altında 4 saat saxlayın. Daha böyük hovuzlar üçün, dezinfeksiya edici maddələr istifadə edə bilərsiz.
Banu