Daha dolğun dodaqlar üçün 8 sadə üsul
29 iyul 2020 13:47 (UTC +04:00)

Daha dolğun dodaqlar üçün 8 sadə üsul

Dolğun və cəlbedici dodaqlara sahib olmaq bir çox xanımın arzusudur. Hazırda bunu müasir cərrahi yollarla, botoks və dolğu vasitəsi ilə əldə etmək çox asandır.

Əgər siz bu üsullardan istifadə etmədən, təbii yollarla daha dolğun dodaqlara sahib olmaq istəyirsinizsə onda, bu yazımızı diqqətlə oxuyun.

Lent.az sizə təbii vasitələrlə daha qalın dodaqlara sahib olmağın 8 üsulunu təqdim edir. 

Dodaqlarınızı ölü dəridən təmizləyin. Dodaqları ölü dəridən təmizləmək üçün, yumuşaq və tüklü fırça ilə nəmləndirərək fırçalayın. Daha effektli nəticə üçün üzərinə diş pastası da əlavə edə bilərsiniz. Bu üsul qan dövranını sürətləndirib,  onlara daha canlı görüntü bəxş edəcək. 

Makiyaj edərkən dodaqları ön plana çıxarın. Bunun üçün onun alt və üst kənarlarına daha açıq rəngdə dodaq boyası yaxud qələm çəkin. Daha cəlbedici görüntü üçün üzərinə parladıcı boyalardan da istifadə etmək olar.



Daha böyük dodaqlar üçün kölgə effektli makiyajdan istifadə edə bilərsiniz. Bu zaman qəhvəyi göz qələmindən yararlanmaq olar.  Kölgə verdiyiniz zaman dodaqlar daha dolğun görünəcək. Çalışın ki, qələmdən çox istifadə edib xoşagəlməz görüntüyə səbəb olmayın.

Düzgün rəng seçimi də dodaqların görünüşünə təsir edir. Belə ki, daha tünd rəngli boyaladan istifadə kiçik, açıq və parlaq rənglərdən istifadə isə böyük və canlı görüntü yaradır.

Dodaq boyası ilə eyni rəngdə qələmdən istifadə edin. Bu zaman daha iri dodaqlar əldə etmək üçün qələmi, dodaq xətlərin bir az xaricinə çəkin. Ardından isə qələm ilə eyni tonda olan boyadan istifadə edib, gözəl nəticə əldə edə bilərsiniz.
Həcmli dodaqlar üçün bir digər üsul isə, xüsusi dolğunlaşdırıcı boyalardır. Həssas cildə sahib olan insanlara bu boyalardan istifadə etmək məsləhət deyil. 

Təbii vasitələr istifadə edərək, dodaqlara həcm verən masqa hazırlamaq mümkündür.  Bunun üçün bal-vazelin, darçın-vazelin qarışımını dodaqda 5-dəqiqə saxlamaq kifayətdir. Təbii həcm verən məhsullardan bir digəri də qərənfil yağıdır. 
Vazelin həm yaxşı nəmləndirici, həm də, həcm verən vasitəsidir. Onun üzərinə bir miqdar duz əlavə edib, dodaqları piilinq etmək mümkündür.


Banu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4351
avatar

Oxşar yazılar