ABŞ-dan olan alimlər ətin orqanizmə təsiri ilə bağlı araşdırma aparıblar.
e-tibb.az xəbər verir ki, alimlər araşdırma zamanı ətin sağlamlığa mənfi təsirini sübut ediblər. Mütəxəssislərin fikrincə, həftədə iki dəfə qırmızı və ya emal olunmuş ət yemək ürək-damar xəstəlikləri riskini 3-7 faiz, vaxtından əvvəl ölüm riskini isə 3 faiz artırır. Ətlə xərçəngə tutulma ehtimalının artması arasında da əlaqə olduğu bildirilir.
Tədqiqat zamanı təxminən 300 min nəfərin məlumatları, insanların on illik yemək vərdişləri təhlil edilərək bu qənaətə gəlinib.
Mütəxəssislər hesab edir ki, ətin digər məhsullarla əvəzlənməsi daha yaxşıdır. Alternativ isə hər zaman olduğu kimi balıq, dəniz məhsulları, qoz-fındıq və paxlalılar göstərilir. Hesab olunur ki, bitki mənşəli qidalar ətdən daha yaxşı protein mənbəyidir.