Artıq brend maskalar tikilir - FOTOLENT
03 aprel 2020 13:47 (UTC +04:00)

Artıq brend maskalar tikilir - FOTOLENT


Tanınmış prodüsser Yana Rudkovskaya dəhşətli virusa yoluxmaq təhlükəsi və dünyadakı vəziyyətə baxmayaraq, Fransaya “Moda həftəsi”nə gedib. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, o, təyyarədəki təhlükəsizliyini tibbi maska ilə təmin etsə də, dizayner forması sosial şəbəkə istifadəçilərində qəzəbə səbəb olub.  

Qeyd edək ki, koronavirus təhlükəsinə görə dünyanın məşhur brendləri istehsalı dayandırıb və mağazalarını da bağlayıblar. Məlumata görə, indi onlar koronavirusdan qorunmaq üçün maska və tibb işçiləri  üçün xüsusi geyimlər tikəcəklər. 

Bu məqsədlə “Prada”, “Gucci”, “Salvatore Ferragamo”, “Fendi”, “Valentino”, “Celine”, “Dior”, “Burberry”, “Emporio Armani” kimi məşhur brendlər səylərini birləşdiriblər.

Bu səbəbdən “Gucci” milyondan çox maska, infeksiyadan qoruyacaq 55 min köynək tikmək niyyətindədir. “Prada” xəstəxanalara 80 min qoruyucu tulum, 110 min maska bağışlayacağına söz verib.
“Corcio Armani” İtalıyadakı xəstəxanalara 1,4 milyon dollar bağışlayıb. Bundan başqa, Milan və Romadakı xəstəxanalara bəzi tibbi alətlər də hədiyyə edib, hətta maska tikəcəyini də açıqlayıb.

Ətir istehsalını dayandıran “Louis Vuitton”, “Givenchy” və “Christian Dior” əvəzində dezinfeksiya edici vasitələr istehsal edəcək. Bu vasitələrin Fransa hökumətinə bağışlanacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2410
avatar

Oxşar yazılar