"Oskar" mərasimindən maraqlı görüntülər
10 fevral 2020 19:56 (UTC +04:00)

"Oskar" mərasimindən maraqlı görüntülər

Məlum olduğu kimi, Amerika Kinoincəsənəti Akademiyası ötən axşam  92-ci "Oskar" mükafatı mərasimini keçirib.

 Lent.az dünya mediasına istinadən Los-Ancelesdə baş tutan həmin mərasimdən maraqlı görüntüləri təqdim edir.

Ən yaxşı film və ən orijinal ssenari nominasiyasında cənubi koreyalı rejissor Bonq Cun-Honun "Parazitlər" filminin "Oskar"a sahib olduğu gecədə kimlər necə görünüb?

Billi Porter Hollivudun gözəl qadınları ilə rəqabətə girən geyimi ilə diqqət çəkməyi bacarıb.

"Judy" filmindəki roluna görə ilin ən yaxşı aktrisası seçilən Rene Zelveger, eyni zamanda qırmızı xalçada ən zərif qadın olub.

Billi Eyliş böyük ölçülü Şanel kostyumu ilə qırmızı xalçada görünüb.

Ən yaxşı aktrisa və ən yaxşı dəstəkləyici aktrisa olaraq iki nominasiyaya sahib olan Skarlet Conson qırmızı xalçada gümüşü paltarda görünüb.

Karl Deronun seçimi bu il də "Dior"dan olub.

Runi Mara qara və güpürlü geyimi ilə şux görüntü yaradıb.

Kristin Viq qırmızı geyimi ilə iddialı görüntü yarada bilib.

Natali Portmanın seçimi şəffaf geyim olub.

Sinə dekoltesini sevən Bru Larson brend geyimi ilə sönük görünüb.

Arqot Robbi gözəlliyi ilə göz qamaşdırsa da, "Şanel"dən seçtiyi geyimi ilə elə də diqqət çəkməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4563
avatar

Oxşar yazılar