Yevlaxda heroin və "patı" satan 7 nəfər tutuldu
03 noyabr 2021 15:42 (UTC +04:00)

Yevlaxda heroin və "patı" satan 7 nəfər tutuldu

Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rəşid Ələkbərov, Miri Rüstəmov, Elnur Mehdiyev, Ramin Şahsuvarov, Anar Bəylərov, Səbuhi Məmmədov və Emil Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, M.Rüstəmova məxsus heroin və külli miqdarda metamfetamin (patı), E.Əliyev, A.Bəylərov, S.Məmmədovdan heroin, R.Ələkbərovdan bir kiloqrama yaxın marixuana, eləcə də R.Şahsuvarov və E.Mehdiyevdən də marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırmalar aparılır.

# 1923
avatar

Mehman Nəbiyev

Oxşar yazılar