Sumqayıtda xəstəxanada törədilən qətllə bağlı xəbər vermişdik.
Sumqayıt şəhər sakini 23 yaşlı qadının avqustun 7-si saat 10 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Lent.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd edilib ki, hündürlükdən yıxılma, sol kürək sümüyünün sınığı və sol diz oynağının əziyi diaqnozu qoyulan pasiyent Travmatologiya şöbəsinə yerləşdirilib: "Ona müvafiq tibbi yardımlar göstərilib və bu barədə polisə məlumat verilib.
Avqustun 9-u saat 12 radələrində xəstəyə baş çəkmək üçün xəstəxanaya gələn ailə üzvlərindən biri palataya daxil olaraq, onunla söhbət edib. Həmin zaman xəstənin yaxını ona kəsici-deşici alətlə xəsarət yetirib. Boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarasını alan pasiyentə tibbi personal tərəfindən təcili zəruri tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırma aparılır. Qeyd edək ki, meyit təşrih üçün Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib".
Qeyd edək ki, bu gün 23 yaşlı Cəmilə Mirzəcanovanı qaynı 26 yaşlı İsrail Rəsulov öldürüb.