Avqustun 9-da saat 12:30-da Sumqayıt şəhəri ərazisində 23 yaşlı Cəmilə Mirzəcanovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qaynı 26 yaşlı İsrail Rəsulov saxlanılıb.
İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Sumqayıt şəhər Prokurorluğundan Lent.az-a bildirilib ki, avqustun 9-da saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində müalicə alan 23 yaşlı Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 26 yaşlı İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İsrail Rəsulov iş üzrə şübhəli şəxs qismində tutulub.