"Xan Bakınski" ifadə verdi: "Quli iş adamını oğurlamağımı istədi"
18 noyabr 2022 16:20 (UTC +04:00)

"Xan Bakınski" ifadə verdi: "Quli iş adamını oğurlamağımı istədi"

Türkiyənin Antalya şəhərində azərbaycanlı kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovu öldürməkdə şübhəli bilinənlərin ilk məhkəməsi baş tutub.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk proses Manavqat Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Prosesdə, qətldə şübhəli bilinən “Xan Bakınski” ləqəbli 27 yaşlı Xaqan Zeynalov və onu oteldən çıxandan sonra avtomobillə aparan sürücü Əmir Həmidli ifadə veriblər.

İttiham aktında göstərilib ki, “Lotu Quli”nin öldürülməsi 2016-cı ildə digər azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin qətlinin qisası olub. Belə ki, “Lənkəranski”nin ailəsi onun ölümündə “Lotu Quli”nin əli olduğunu düşünərək qisas almaq istəyib. Sui-qəsd təşkil etmək üçün Cəfər Əlizadə və Camal Həsənov qruplaşma yaradıblar. Onlar “Lotu Quli”nin yaxşı qorunduğunu və kənardan öldürməyin mümkün olmayacağını görərək, Xaqan Zeynalovu onun ətrafına cəlb edib. X.Zeynalov da bir neçə il ərzində N. Səlifovun yaxın adamlarından birinə çevrilir və mühafizəçilər olmadan ona yaxınlaşa bilir.

Lənkəranskinin məzarı

İş üzrə X.Zeynalov və Ə. Həmidlidən əlavə, 29 yaşlı Əli Mövlamlı, 30 yaşlı Camal Həsənov, 40 yaşlı Cəfər Əlizadə, 33 yaşlı Xanımnisə Məmmədova, 51 yaşlı Namiq Canıyev, 30 yaşlı Rəsul Həsənov, 33 yaşlı Ümid Nəcəfov, 46 yaşlı Cemil Keleş, 36 yaşlı Erkan Aşan və 53 yaşlı Nurşən Arasoğlu şübhəli biliniblər. İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatlarla Əli Mövlamlı, Rəsul Həsənov, Ümid Nəcəfov, Cəmil Keleş, Erkan Aşan və vəkil Nurşən Arasoğlu saxlanılıb. Digərləri haqqında isə axtarış élan olunub. Həmçinin cinayəti törətdikdən sonra Xaqan Zeynalov və Əmir Həmidli yol polisləri tərəfindən saxlanılıblar.

İttiham aktında Camal Həsənov və Cəfər Əlizadənin “Lotu Quli”yə qarşı dəfələrlə sui-qəsd təşkil etdiyi və hüquq-mühafizə orqanları tərəfindən qarşısının alındığı qeyd olunub. İddianamədə həmçinin bildirilir ki, Cəfər Əlizadə qətlə görə Xaqan Zeynalova 4 milyon dollar mükafat təyin edib. Digər müttəhim Əmir Həmidli isə sui-qəsd ssenarisində sürücü rolunda olub. Həmçinin o, “sevgili”si Xanımnisə Məmmədova ilə birgə “Lotu Quli”nin oteldə olmasını da qruplaşmaya xəbər verib.

"Xan Bakınski" və "Lotu Quli"

Məhkəmədə ifadə verən Xaqan Zeynalov Nadir Səlifovu öldürdüyünü boynuna almayıb. Onun sözlərinə görə, aralarında başverən mübahisə zamanı “Lotu Quli” X. Zeynallova yumruq vurub:

“Mən onsuz da avqustun 19-da İstanbula gedəcəkdim. Ayın 17-də isə aramızda bir problem yarandı. “Lotu Quli” Moskvada olan bir iş adamını oğurlamağımı istədi. Mən imtina etdim və mübahisə yarandı. Mənə yumruq atdı. Həmin an salonda 8 silahlı vardı. Mübahisə zamanı onlar mənə atəş açdılar. Mən də özümü qorumaq üçün silahdan istifadə etdim. Lakin mən sol tərəfə atəş açmışdım, “Lotu Quli” isə sağımdaydı”.

İttiham aktında cinayəti tam izah edən X. Zeynalov məhkəmədə fərqli danışıb. Təqsirkar bildirib ki, buna səbəb polislər tərəfindən zorakılığa məruz qalmasıdır:

“Əmir Həmidli ilə əvvəldən görüşmüşdük. Ayın 19-da İstanbula bir getməyi planlaşdırmışdıq. Oteldəki silahlı insidentdən sonra Əmirin maşınına minib qaçdıq. Nadiri öldürməyim üçün 4 milyon dollar almağım iddiası iftiradır. Nadir mənim yaxın dostumdur, onu öldürən mən deyiləm. Polislər məni təhdid etdi. Yanımda tərcüməçi yox idi, ona görə də hər şeyi boynuma aldım”.

"Xan Bakınski"

Saxlanılan şübhəlilərdən Əmir Həmidli də barəsindəki ittihamları qəbul etməyib. Olaydan əvvəl Əli Mövlamlı, Rəsul Həsənov və Xanımnisə Məmmədova ilə Türkiyəyə tətilə gəldiklərini deyən Əmir bunları deyib:

“Xaqanla İstanbula birlikdə getməyimizi planlaşdırdıq. Ayın 19-u axşam otelin qarşısına getdim ki, onu götürüm. Xaqan qaçaraq çıxdı ki, Nadirlə dalaşdıq, sür məni öldürəcəklər. Bir yanacaqdoldurma məntəqəsində dayandıq. Xaqan yaralı idi. Dedim gedək xəstəxanaya, razı olmadı. Dənizlidə polis bizi saxladı”.
Hakim Əmir Həmidliyə ittiham aktında fərqli danışdığını deyib. Belə ki, Ə. Həmidli iddianamədə ayın 19-da Cəfər Əlizadənin ona Whatsapp”la zəng edərək,  “Alva Donna Otel”in qarşısına getməyi və “sən heç nəyə qarışmayacaqsan, avtomobilə gələn şəxsi götürüb Ankaraya gətirəcəksən” dediyini, həmçinin bunun qarşılığında ailəsinə lazımi maddi yardım ediləcəyini bildirib.

Ə. Həmidli etiraz edərək, polis bölməsində döyüldüklərini və bu ifadələri zorla imzaladıqlarını qeyd edib.

Məhkəmə prosesində digər təqsirkarlar da ittihamları qəbul etməyiblər. Hakim saxlanılan şəxslərdən Cemil Keleşin sərbəst buraxılmasına, digərlərinin isə həbsdə qalmasına qərar verərək, prosesi təxirə salıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14670
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45