Xaçmazda DƏHŞƏT:  sinif yoldaşının cinsi orqanını kəsdi - YENİLƏNİB
05 iyun 2024 11:41 (UTC +04:00)

Xaçmazda DƏHŞƏT: sinif yoldaşının cinsi orqanını kəsdi - YENİLƏNİB

Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin vəziyyəti orta-stabildir.

Lent.az xəbər veri rki, bu barədə "oxu.az"a Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəstə bud nahiyəsinin və xayaların kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olub.

Hazırda həyatı üçün hər hansısa bir təhlükə yoxdur.

***

4 iyun, saat 12:14

Xaçmaz rayonunda bıçaqlanma olub.

Lent.az xəbər verir ki, rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdi olan A.B.-nin sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirdiyi bildirilir. Məktəbli Xaçmaz xəstəxanasına yerləşdirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov bildirib ki, hadisə ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxil olub.

Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6573
avatar

Oxşar yazılar