Türkiyədə iranlı küçədə öldürülüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Arnavutköy qəsəbəsində baş verib.
Axşam saatlarında evinə gedən İran əsilli Masoud Nazari küçədə naməlum şəxsin silahlı hücumuna məruz qalıb. Güllə yaraları alaraq, xəstəxanaya aparılan kişi orada ölüb.
Polislər cinayətkarı saxlamaq üçün axtarışlara başlayıb.