Türkiyədə azərbaycanlı kişinin meyiti tapıldı
03 noyabr 2022 09:52 (UTC +04:00)

Türkiyədə azərbaycanlı kişinin meyiti tapıldı

Türkiyədə azərbaycanlı kişi qəflətən ölüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Antalya şəhəri Muratpaşa qəsəbəsində qeydə alınıb. 48 yaşlı Elçin Abdullayevin meyiti onun xanımı Nelli Abdullayeva tərəfindən öz otağında aşkarlanıb.

Dərhal qadın hüquq-mühafizə orqanlarına məlumat verib və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub. E. Abdullayevin qəflətən, müəmmalı şəkildə öldüyü bildirilir.

Məlumata görə, Elçin Abdullayev 15 ildir ki, Antalyada yaşayırmış.

# 2985
avatar

Mehman Nəbiyev

Oxşar yazılar