Türkiyədə qətl törədən azərbaycanlıya hökm oxunub.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, aprelin 21-də çayxanada mübahisə zamanı arvadını odlu silahdan atəş açaraq öldürən Elvin Umayev məhkəməyə çıxarılıb. Trabzon Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, 24 il azadlıqdan məhrum edilib.
E. Umayev məhkəməyə onlayn qoşulub. O, əməlindən peşman olduğunu bildirib və arvadının ailəsindən üzr istəyib.
Qeyd edək ki, Elvin Umayev çayxanada həyat yoldaşı Turanə Umayevi başından atəş açaraq qətlə yetirmişdi.
Hadisə anı