Tükürpədici  AİLƏ DƏHŞƏTİ:  Ərini və uşaqlarını öldürüb kinoya getdi
30 aprel 2021 12:35 (UTC +04:00)

Tükürpədici AİLƏ DƏHŞƏTİ: Ərini və uşaqlarını öldürüb kinoya getdi

Vladivostokda ərini və iki uşağını öldürməkdə şübhəli bilinən çoxuşaqlı ana saxlanılıb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, cinayət aprelin 29-da Tolstoy küçəsindəki bir mənzildə baş verib. 

Cinayət yerində çoxsaylı bıçaq xəsarətləri alan 40 yaşlı kişinin və 5 yaşlı əkiz uşaqlarının cəsədləri tapılıb. Üçüncü uşaq həmin vaxt uşaq bağçasında olduğu üçün sağ qalıb. 

Məlumata görə, ərlə arvad mübahisə ediblər. Kişi arvadından boşanmaq və üçəm uşaqlarını, iki oğlunu və qızını özü ilə götürmək qərarına gəlib. Qəzəblənən qadın bıçaq götürərək ərinin və uşaqlarnın üstünə cumub.

Cinayətdən sonra şübhəli ərinin cəsədini polietilən büküb və uşaqların cəsədlərini idman zalı çantasına qoyub. Bundan sonra qadın maşın oturaraq Vladivostokun mərkəzində kinoya baxmağa gedib. Onu elə orada da saxlayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3705
avatar

Oxşar yazılar