Tovuz rayonunda bıçaqlanma hadisəsi olub.
Lent.az- məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndindəki çay evinin qarşısında qeydə alınıb. Çay evini işlədən 57 yaşlı Ənvər Əlirzayev və onun qardaşı Fərman Əlirzayevlə kənd sakini Maksim Mehdiyev arasında mübahisə düşüb. Bu zaman Maksim Mehdiyev qardaşları bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, Ə.Əlirzayev orada ölüb, F.Əlirzayevin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən M.Mehdiyev polis tərəfindən axtarılır.