Qətldə təqsirli bilinərək 23 il müddətinə azadlıqdan məhrum edilən permli adamyeyən Mixail Malışev Rusiya həbsxanasından azad edilib.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, həmin şəxs Çusovoy şəhərindəki islah-əmək müəssisəsi -10-da cəza çəkirmiş. O, orada ərzaq daşıyıcısı kimi işləyib, cəza kamerasına və sərt saxlanma şəraiti olan məhbuslar üçün araba ilə yemək çatdırıb. Malışev bu işinə görə gəlir də əldə edirdi.
200 məhkumdan ibarət dəstədə o, hamıdan uzaqlaşır, diqqəti özünə cəlb etmirdi. Onun yeri alt çarpayıda idi, yataq dəstləri daim çirkli olurdu, buna görə həbsxana işçiləri onu danlayırdılar. Onun yaxınlığında heç kim yaşamırdı. O, xarab olmuş yemək yeyirdi, onları turşlaşana qədər batareyada saxlayırdı. Onu danlayanda yastığa üzünü qoyub ağlayırdı.
Malışev adamyeyən ləqəbini həbs edildikdən sonra alıb - təhlükəsizlik qüvvələri onun evində insane əti olduğu ehtimal edilən iki soyuducu tapıblar. Poliqrafiya onun ən azı səkkiz qətl törətdiyini göstərib. Malışev birlikdə yaşadığı adamı əvvəlcə zorlanan, sonra isə öldürülərək parçalanan tələbələri evə gətirməyə məcbur edib. Bəzi qalıqlardan o, həmyaşıdı ilə birlikdə köftə və piroq üçün qiymə hazırlayırdı. Eyni şəkildə bir dostunu da öldürüb parçalayaraq yeyibmiş.