Sumqayıtda RƏZALƏT:  54 yaşlı kişi 10 yaşlı uşağı qəpiklə aldadıb...
28 fevral 2024 16:30 (UTC +04:00)

Sumqayıtda RƏZALƏT: 54 yaşlı kişi 10 yaşlı uşağı qəpiklə aldadıb...

“10 yaşlı uşağı görəndə özümə hakim ola bilməməyimin səbəbi əvvəllər həbsxanada kişi məhbuslarla tez-tez cinsi əlaqədə olmağımdır”.

Lent.az-ın xəbərinə görə, bu sözləri məhkəmə qarşısında 14 yaşına çatmayan şəxsə qarşı seksual və əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən İ.Q (ad şərtidir) deyib.

Qısa arayış:

Məlum hadisə 2022-ci ilin mayın 2-də Sumqayıt şəhərində qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü S.Ə tanımadığı kişi cinsli şəxs tərəfindən aldadılaraq orada yerləşən birmərtəbəli tikilinin sanitar qovşağına salınıb. Daha sonra, həmin kişi azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. S.Ə müqavimət göstərməyə çalışsa da, əhəmiyyətsiz olub. 

Hadisədən xəbər tutan valideynlər Sumqayıt şəhər polis idarəsinə müraciət edib, şikayətçi olublar. Aparılan araşdırmalar nəticəsində 1968-ci il təvəllüdlü İ.Q hadisəni törətməkdə şübhəli bilinib. Məlum olub ki, həmin şəxs əvvəllər müxtəlif cinayətlərə görə 4 dəfə həbs edilib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs İ.Q-ya ifadə vermək üçün şərait yaradılıb. Lakin o, törətdiyi əməldə özünü təqsirli bilərək, ifadə verməkdən imtina edib. Eyni zamanda, istintaqda verdiyi ifadəsini təsdiq edib. Onun istintaqdakı ifadəsi məhkəmə zalında elan olunub.

Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olur ki, Sumqayıt şəhərində yataqxananın həyətində gəzərkən bir neçə oğlan uşağının oynadığını görüb:

“Onlardan aralıda təxminən 10-12 yaşlı bir oğlan uşağı vardı. Adının sonradan S.Ə olduğunu bildim. Həmin vaxt baxanda ehtiras hissi yarandı. Ona görə də, ona yaxınlaşıb guya ətrafda yaşayan qonşunu çağırmağını xahiş etdim. Uşaq da mənə inandı. Daha sonra onu aldatmaq üçün “gəl bura sənə bir şey göstərəcəm” dedim. Kafenin yanında tualet vardı. Məcbur onu ora saldım. Qapını da bağladım.

İstəmədiyi üçün qarşı çıxdı, müqavimət göstərməyə başladı. Ona görə də, o, onun qarın nahiyəsindən bir necə dəfə yumruqla vurdum. Müqavimətini qırdıqdan sonra cinsi ehtirasıma qarşı gələ bilmədim. Seksual xarakterli hərəkətlər etdim. Onu da eynisini etməyə məcbur etdim”.

O, ifadəsində törətdiyi əməldən peşman olduğunu, hərəkətinin düzgün olmadığını anladığını bildirib. Qanunla cəzasını tam çəkməyə hazır olduğunu vurğulayıb.

Təqsirləndirilən şəxs bu əməli törətməyinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, bu istəyin onda yaranma səbəbi əvvəllər cəzaçəkmə müəssisələrində olduğu zaman kişi məhbuslarla tez-tez cinsi əlaqədə olmağı imiş. Həmin vaxtda o, S.-nı görəndə qəfildən ehtiraslanıb və özü ilə bacara bilməyib.

Daha sonra, məhkəmədə ifadə verən uşağın atası bildirib ki, törətdiyi hadisəni oğlum heç kimə deməsin deyə ona qəpiklər verib:

“İşdə idim. Həyat yoldaşım zəng edib uşağın üzündə xəsarət izləri olduğunu bildirdi. Bu izlər zərbə izlərinə bənzəyirdi.

Oğlumdan bu barədə soruşanda orta yaşlı bir kişinin ona ünvan göstərərək, həmin ünvanda yaşayan bir şəxsi çağırmağını istədiyini, lakin aldatdığını dedi. Sonra oğlumu yarımtikiliyə salaraq ona qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra uşağa bir neçə qəpik verərək, qarşılığında baş verənləri heç kimə deməməyini istəyib. Oğlum qəpikləri götürməkdən imtina edib. Buna görə uşağa zərbələr endirib”.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Sonda məhkəmənin yekun qərarı ilə İ.Q 13 il müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8553
avatar

Fidan İlqar

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45