Abşeronda taksi sürücüsünə qarşı quldurluq edilib.
Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib. 27 yaşlı Elşad Qismət oğlu Çərkəzovun idarə etdiyi "Dacia" markalı avtomobilə sərnişin qismində əyləşən 3 nəfər onu döyüblər. Daha sonra sürücünün 1000 manat pulunu, içərisində 140 manat, avtomobilin qeydiyyat şəhadətnaməsi, bank kartları, şəxsiyət və sürücülük vəsiqələri olan pul kisəsini də əlindən alıblar.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri keçirilib.