Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində üzərində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən rayon sakini H.Eyvazov saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, ondan üzərində “Pistole Model 27 Kal – 7.65” yazılmış 1 ədəd tapança, içərisində 8 ədəd patron olan həmin tapançaya aid sandıqça aşkar olunaraq götürülüb.
Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.