Salyanda daha bir  DƏHŞƏT:  ana və oğlu öldürüldü - YENİLƏNİB
01 mart 2024 17:43 (UTC +04:00)

Salyanda daha bir DƏHŞƏT: ana və oğlu öldürüldü - YENİLƏNİB

Martın 1-də saat 16 radələrində Salyan rayonunun Pambıqkənd kəndi ərazisində 61 yaşlı Rahilə Əliyeva və onun oğlu 32 yaşlı Bəhruz Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 43 yaşlı Ziya Əliyevin aralarında yaranmış mübahisə zamanı kəsici alətlə zərbələr endirərək qardaşı arvadı Rahilə Əliyeva və onun oğlu Bəhruz Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Ziya Əliyev könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***
Saat: 17:25

Salyanda qətl hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Pambıqkənd kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Əliyev Bəhruz Ədalət oğlu bıçaqlanaraq öldürülüb.

Qətlin onun əmisi tərəfindən törədildiyi qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Salyanda həmçinin baş həkim və arvadı da qətlə yetirilib.

# 5748
avatar

Oxşar yazılar