Prokurorluq Bakıdakı qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, noyabrın 11-i saat 22 radələrində paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 38 yaşlı Sevinc Museyibovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri,44 yaşlı Vidadi Müseyibovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Sevinc Museyibovaya qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vidadi Müseyibov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Əldə etdiyimiz məlumata görə, V. Museyibov Rusiyadan təzə gəlib. Onun S. Museyibovaya 13 bıçaq zərbəsi vurduğu bildirilir.
***
11.11.2022
Saat: 23:26
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Savalan yaşayış massivində 38 yaşlı Müseyibli Sevinc Vahid qızını həyat yoldaşı əvvəlcə döyüb, sonra bir neçə bıçaq zərbəsi vurub.
S.Müseyibli aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanılıb.