Rəşad Dağlı Ələkbərin dayısı oğlunu öldürdü - ŞOK TƏFƏRRÜATLAR  - YENİLƏNİB
09 noyabr 2022 10:33 (UTC +04:00)

Rəşad Dağlı Ələkbərin dayısı oğlunu öldürdü - ŞOK TƏFƏRRÜATLAR - YENİLƏNİB

Prokurorluq Rəşad Dağlının qətl törətməsi ilə bağlı məlumat yayıb.

Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, noyabrın 9-u saat 5 radələrində 43 yaşlı İskəndər Mehtiyevin öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 38 yaşlı Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***
Saat: 10:01

Meyxanaçı Rəşad Dağlının qonşusunu qətlə yetirməsi ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, meyxanaçının qətlə yetirdiyi qonşusu İskəndər Mehdiyev digər məşhur meyxanaçı Ələkbər Yasamallının dayısı oğludur. Həmçinin mərhumun da meyxanaçı olduğu deyilir.

Qətlin söyüş üstündə baş verməsi iddia olunur. Belə ki, İ. Mehdiyev qonşusu Rəşad Dağlının arxasınca söyüş söyüb. Bunu eşidən meyxanaçı da onu görüşə çağırıb. Nəticədə mübahisə zamanı Rəşad Dağlı qonşusuna iddialara görə, 7 bıçaq zərbəsi vuraraq, onu həyatdan məhrum edib.

Hazırda araşdırmalar davam edir.

İskəndər Mehtiyev

***
Saat: 08:05

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

Faktı APA-ya DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26259
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45
Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

12 dekabr 2024 , 12:30