Rayonda itkin düşən kişinin asılmış meyiti tapıldı
05 noyabr 2022 13:21 (UTC +04:00)

Rayonda itkin düşən kişinin asılmış meyiti tapıldı

Lənkəranda 4 gündür itkin düşən şəxsin meyiti tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər Lənkəran şəhəri Mirsalayev küçəsi-56 ünvanındakı evdə, 56 yaşlı Məmmədağa Əyar oğlu Əhmədovun meyiti asılı vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Yaxınları M. Əhmədovun 4 gündür itkin düşdüyünü bildiriblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

# 2832
avatar

Oxşar yazılar