Siyəzəndə quşçuluq sexlərindən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Lent.az-a verilən məlumata görə, Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qara Siyəzən və Beşdam kəndləri ərazisində yerləşən beş quşçuluq sexindən isitmə sobaları, elektrik naqilləri, lampalar və sexlərə məxsus digər avadanlıqları oğurlanıb. Araşdırmalarla oğurluqda şübhəli bilinən şəxslərin Siyəzən rayonu Beşdam kənd sakinləri Vüsal Hüseynov, Ziya Məhərrəmzadə və Samir İlyasov olduqları müəyyən edilib. Dindirilmə zamanı hər üç şəxs törətdikləri silsilə oğurluq hadisələrini etiraf ediblər.
Faktlarla bağlı V.Hüseynov, Z.Məhərrəmzadə və S.İlyasov barəsində Siyəzən rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb. Dəstə üzvlərinin başqa oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.