Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə əmlakın leqallaşdırılmasında təqsirləndirilən Rusiya Federasiyası vətəndaşları - İgor Zabolotskik və İlnur Valıtovun cinayət işi üzrə hökm oxunub.
Lent.az xəbər verir ki, hökmə əsasən İ. Zabolotskik və İ. Valıtovun ayrılıqda 3 il müddətinə azadlıqdan məhrum edilməsi elan olunub.
Dövlət ittihamçısı hər iki təqsirləndirilənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, onlar qumar oyunlarından cinayət yolu ilə əldə edilmiş 98 min manat pulun leqallaşdırılmasında təqsirləndirilirlər.
Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 - ci maddəsi üzrə cinayət işi açılıb.