Astarada evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki evlərin birindən 3000 manat oğurlanıb.
Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibinin qardaşı E.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.