49 yaşlı “qnauni oğru” Aleksey Nazarov titulundan məhrum olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, yunan “qanuni oğruları” kriminal aləmdə daha çox Nazar kimi tanınan 49 yaşlı nijni-novqorodlu Aleksey Nazarovu “ailədən” kənarlaşdırıblar.
Əvvəllər hədə-qorxu ilə tələb etməyə görə məhkum olunmuş, həmçinin sui-qəsd cəhdinə görə şərti cəza almış Qorki əsilli Aleksey Nazarov 2014-cü ilin iyulunda yunan “patriarxları” Vajа Biqanişvili və Dato Sebiskveradze tərəfindən “taclandırılıb”. Nazarın “ailəyə” daxil olması və oradan çıxarılması tarixləri arasında isə bir böyük boşluq var: bütün “oğru karyerası” ərzində o, ümumiyyətlə heç nə ilə seçilməyib.
Rusiyada Nijni Novqorod həmişə “qara” şəhər sayılıb və titul almış yerli şəxslərin sayına görə bəlkə də yalnız paytaxtdan geri qalırdı. “Qanuni oğrular” həmişə “nijni-novqorod kvotası”nın şişirdilməməsinə nəzarət ediblər. Ancaq Nazarın nəyə görə məhz onlara maraqlı gəldiyinə dair izah bu günə qədər tapılmayıb. Daha da təəccüblüsü odur ki, Vajаnın ölümündən sonra Nazar daha bir il yarım “ailədə” qalmağa davam edib.
Məlumata görə, həmşəhərlilərinin “taxtdan salınmasını” Nijni Novqorodun ən yaşlı “qanuni oğruları” rəsmiləşdiriblər: uzun müddətdir Yunanıstanda yaşayan Hamlet və vətənindən çıxmayan Seka.
Bildirilir ki, Hamletin arxasında onun və Sekanın ortaq “xaç atası” — Yunanıstandakı “boz kardinal”lardan biri və keçmişdə Nijni Novqorod sakini olmuş Kamo Safaryan dayanır.
Nazar “siyahıdan çıxarıldıqdan” sonra, yuxarıda adı çəkilənlərdən başqa, hazırda “qanuni oğru” kimi daha üç nijni-novqorodlu göstərilir: iyerarxiyadakı yüksək mövqeyinə görə artıq cəza çəkən Qoşa “Novik” və Vitya “Sezar”, eləcə də Xasanın dövründə “obşak”ın (ümumi kassanın) saxlayıcısı olmuş, indi isə kölgəyə çəkilmiş Vasya “Voskres”.