Qadınları xaricdə satana AĞIR CƏZA
03 noyabr 2021 17:40 (UTC +04:00)

Qadınları xaricdə satana AĞIR CƏZA

İnsan Alverində təqsirləndirilən Nurəsdə Əlimuradova barəsində məhkəmə hökm çıxarıb.

Lent.az "Azerforum.com"a istinadən xəbər verir ki, onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı hakim İradə Həsənzadə yekun qərar çıxarıb. Qərara əsasən, N. Əlimuradova 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Xaçmaz rayon sakini Əlimuradova Nurəsdə Nusrəddin qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları ölkə sərhədindən kənara çıxararaq cinsi istismara məruz qoyması faktı Daxili İşlər Nazirliyininin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

N. Əlimuradova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.3, 144-1.2.5-ci  maddələri ilə təqsirli bilinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2235
avatar

Oxşar yazılar