Kəpəz rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini T.Əsilbəyova martın 18-də saat 2 radələrində şəhər ərazisində bir nəfərin ona zor tətbiq edərək içərisində 205 manat pul, 2178 manat dəyərində mobil telefon və sənəd olan çantasını aldığını bildirib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Quliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.