Qadına qarşı quldurluq edən keçmiş məhkum TUTULDU
14 noyabr 2022 17:49 (UTC +04:00)

Qadına qarşı quldurluq edən keçmiş məhkum TUTULDU

Noyabr ayının 13-də naməlum şəxsin bir qadına hücum edərək çantasını ələ keçirtməyə cəhd göstərməsi, müqavimətlə üzləşdikdə isə bıçaqla xəsarət yetirməsi barədə Bərdə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Emin Qarayev saxlanılıb. Hadisə zamanı istifadə edilən bıçaq aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində E.Qarayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

# 2043
avatar

Oxşar yazılar