Rusiyanın Lipetsk vilayətində polis təsadüfən tanışını güllələyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Daxili İşlər Nazirliyinin əməkdaşı xidməti maşında olub. O, odlu silahla ehtiyatsız davrandığından bir dostunu yaralayıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını aydınlaşdırır.