Saxalində 28 yaşlı yerli sakin saxlanılıb.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, o, yaşlı valideynlərini bıçaqlamaqda şübhəli bilinir, onların meyitləri çoxsaylı bıçaq xəsarətləri ilə fərdi evdə tapılıb.
Qətl Tımovski rayonunun Ado-Tımovo kəndində törədilib.
Faktla bağlı cinayət işi başlanıb, hadisə ilə bağlı şahid və şahidlərin dindirilməsi aparılır.