Mətbəxdə işlənən bu vasitə avtomobilin qaçırılmasını qeyri-mümkün edir
13 dekabr 2021 22:21 (UTC +04:00)

Mətbəxdə işlənən bu vasitə avtomobilin qaçırılmasını qeyri-mümkün edir

İsveçrənin Bazel şəhərində 3 ay ərzində 17 bahalı avtomobilin oğurlanması polisdə şübhə yaradıb.

Lent.az-ın xəbərinə görə, avtomobillər eyni üsulla, heç bir mexaniki zədə vurulmadan həyət evlərinin qarşısından oğurlanıb.

Cinayətin izinə düşən polis müəyyən edib ki, oğrular xüsusi texnologiya ilə avtomobil açarının tezliyini təyin edir və gecə saatlarında heç bir maneə olmadan avtomobili qaçırırlar. Faktla bağlı 2 nəfər İsveçrədə, 1 nəfər Almaniyada həbs edilib. 

Müasir açarlar daim avtomobilə siqnal göndərir. Oğrular da bu siqnalı tutmağın yolunu tapıb. Lakin məsələdən çox asan çıxış yolu var: açarı mətbəxdə işlədilən alüminium folqaya bükmək. Adi folqa nəinki pultun siqnalını, heç rentgen şüasını da buraxmır.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3987
avatar

Oxşar yazılar